Modern.az

14 cinayətin üstü illər sonra AÇILIB

14 cinayətin üstü illər sonra AÇILIB

Aktual

14 Aprel 2022, 09:59

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı