Modern.az

İki məşhur şirkətin məhkəmə çəkişməsi gedir

İki məşhur şirkətin məhkəmə çəkişməsi gedir

Aktual

14 Aprel 2022, 10:18

Azərbaycanda iki məşhur şirkət arasında distrübütorluqla bağlı kəskin problem yaranıb.

 

Modern.az Kriminalqafqaz-a istinadən xəbər verir ki, bir çox xarici brendlərin məhsullarının ölkədə satışını təşkil edən “İtaldizayn” və “Casamia” şirkətləri qarşılıqlı olaraq bir-birini məhkəməyə veriblər. Hər iki şirkət bir-birləri barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıblar.

 

Məlumata görə, tərəflərdən biri digərini rəsmi distrübütor olmadığı halda Azərbaycana xaricdən gətirilən məhsulları satmaqda ittiham edir.

 

“İtaldizayn”ın iddiasına görə, “Casamia” şirkəti onlara məxsus olan qab-qacaq məhsullarını Azərbaycan bazarında iczəsiz satır. Şirkət buna görə qarşı tərəfdən 150 min manat tələb edir. “Casamia” isə “İtaldizayn”ı onların distrübütoru olduğu şirkətin hamam-santexnika mallarını icazəsiz satmaqda günahlandırır. Onların tələbi isə 250 min manatdır.

 

Hazırda hər iki tərəfin iddiasına məhkəmədə baxılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı