Modern.az

DİM bu rayonda imtahan binasını DƏYİŞDİ

DİM bu rayonda imtahan binasını DƏYİŞDİ

Aktual

14 Aprel 2022, 11:58

Goranboy şəhəri 2 saylı orta məktəbin ətrafında qəzalı vəziyyət yarandığı üçün həmin məktəbdə aprelin 23-də buraxılış imtahanı verməli olan şagirdlərin imtahan binası dəyişdirilib.

 

Bu barədə Modern.az Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, şagirdlər imtahanı Goranboy şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada verəcəklər. Artıq Dövlət İmtahan Mərkəzinin saytının müvafiq səhifəsinə imtahana buraxılış vərəqəsi yerləşdirilib. İştirakçılar imtahanda iştirak etmək üçün yeni buraxılış vərəqələrini çap etməlidirlər.

 

Qeyd edək ki, imtahan iştirakçılarının xəbərdar edilməsi üçün müvafiq təhsil müəssisələri də məlumatlandırılıb və onlar da şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı