Modern.az

Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Aktual

14 Aprel 2022, 12:30

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin bu günə olan itkilərini açıqlayıb.

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov cümə axşamı bildirib ki, Ukraynada 24 fevraldan bəri Rusiya silahlı qüvvələri 700-ə yaxın təyyarəni, o cümlədən 448 pilotsuz uçuş aparatını (PUA) məhv edib.


“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib:
131 təyyarə, 104 helikopter, 245 zenit-raket kompleksi, 448 pilotsuz uçuş aparatı, 2179 tank və digər zirehli döyüş texnikası, 248 reaktiv yaylım atəş sistemi, 944 səhra artilleriya və minaatan, o cümlədən 2088 ədəd xüsusi təyinatlı hərbi maşın”, - Konaşenkov bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı