Modern.az

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulacaq? - Çavuşoğlu açıqladı 

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulacaq? - Çavuşoğlu açıqladı 

Aktual

14 Aprel 2022, 12:45

“Türkiyə beynəlxalq hüquqa uyğun hərəkət edir. BMT-nin sanksiyalarına əməl edəcəyik. Balanslı mövqeyimizi qoruyuruq”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Rusiyaya qarşı sanksiyalarda iştirak edib-etməyəcəyinə dair sualı cavablandırarkən deyib.

 

"Birləşmiş Millətlər Təşkilatında islahatlar aparmalıyıq. Türkiyəyə baxış müsbət mənada dəyişib. Daha güclü Türkiyə gələcəkdə çox daha vacib bir oyunçu olacaq. Mayın 18-də Vaşinqtonda dövlət katibi Entoni Blinkenlə görüşəcəyik, ABŞ səmimi olarsa, lazımi addımları atacağıq”,- nazir mediaya açıqlamasında bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı