Mariupolda 176 zabit də daxil olmaqla 1160 ukraynalı hərbçi təslim olub.
Modern.az xəbər verir ki, bu barədə cümə axşamı keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Mariupol şəhərinin azad edilməsi əməliyyatı zamanı daha 134 ukraynalı hərbçi, o cümlədən 14 zabit könüllü olaraq silahı yerə qoyub və bir gecədə təslim olub. Cəmi bir gündə 36-cı dəniz piyada briqadasının 1160 ukraynalı hərbçisi könüllü təslim olub. Onların arasında zabitlər də var ", - general deyib.
O, həmçinin bildirib ki, bir gecədə düşmənin 12 hədəfi yüksək dəqiqlikli silahlarla məhv edilib. Ümumilikdə, Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası bir gün ərzində Ukraynanın 48 hərbi obyektini vurub.
“Onların arasında 2 komanda məntəqəsi, radiolokasiya stansiyası, reaktiv yaylım atəş sisteminin 2 mövqeyi, artilleriya batareyası, 6 raket və artilleriya silahı anbarı, həmçinin Ukrayna hərbi texnikasının cəmləşdiyi 48 ərazi var”, - Konaşenkov bildirib.