Bu ilin payızında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməli olan dünya enerji konqresi ləğv edilib.
Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi Dünya enerji şurasına istinadla məlumat yayıb.
“Biz Sankt-Peterburqdakı konqresin ləğv edildiyini təsdiqləyə bilərik. Bu il Dünya enerji konqresi keçirilməyəcək”, - deyə təşkilatdan billdiriblər. Konqresin ləğv edilməsinin səbəbi açıqlanmayıb. Tədbirin saytı da artıq əlçatan deyil.
Agentliyin məlumatına görə, 25-ci Dünya enerji konqresi Sankt-Peterburqda oktyabrın 24-27-də keçirilməli idi.