Modern.az

Azərbaycan bu il də Həcc ziyarətinə zəvvar göndərməyəcək? - Rəsmi cavab

Azərbaycan bu il də Həcc ziyarətinə zəvvar göndərməyəcək? - Rəsmi cavab

Aktual

14 Aprel 2022, 14:00

Builki Həcc ziyarəti ilə bağlı hələki Səudiyyə Ərəbistanından Azərbaycana rəsmi məktub daxil olmayıb.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.

 

O qeyd edib ki, rəsmi məktub olmadığı üçün Azərbaycandan Həcc ziyarətinin olub-olmayacağı ilə bağlı fikir bildirmək çətindir. “Rəsmi məktubu gözləyirik. Rəsmi məktub gəldikdən sonra ictimaiyyətə məlumat veriləcək və Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna başlanılacaq”, - deyə V.Cahangiri əlavə edib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün icazə verilən illik say limitini krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə qədər artırıb.

 

Məlumata əsasən, Məkkəyə həcc və ümrə ziyarətinə yaşı 65-dən az olan, tam peyvənd olunan şəxslər buraxılacaq. Zəvvarlar koronavirusla bağlı testin neqativ nəticəsini təqdim etməli olacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı