Modern.az

UNEC-in rektoru Avropa İttifaqının nümayəndələri ilə görüşdü

UNEC-in rektoru Avropa İttifaqının nümayəndələri ilə görüşdü

Aktual

14 Aprel 2022, 14:16

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin Qonşuluq Əməkdaşlığı üzrə Proqramın rəhbəri Ülviyyə Abdullayeva, “Erasmus+”ofisinin rəhbəri Pərviz Bağırov və layihə meneceri Rza Zülfüqarzadə ilə ikitərəfli əməkdaşlığın müzakirəsi istiqamətində görüş keçirib.

 

UNEC-dən Modern.az-a bildirilib ki, görüş zamanı tərəflər arasında prioritetlər müəyyənləşdirilərək, ali təhsil sahəsində Aİ-nin mövcud alətləri, o cümlədən texniki yardım proqramı, rəqəmsallaşma, ömürboyu təhsil istiqamətləri üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, Avropa Komissiyasının “Horizon” proqramı, Erasmus+, ikili diplom proqramları ətrafında müzakirələr olunub.

 

Görüşdə UNEC-in Avropa universitetləri, həmçinin Avropa Komissiyasının mövcud proqramlarında aktiv iştirakı vurğulanaraq, əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni təkliflər irəli sürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı