Modern.az

Azərbaycan və Gürcüstan arasında sənəd təsdiqləndi, digəri ləğv edildi

Azərbaycan və Gürcüstan arasında sənəd təsdiqləndi, digəri ləğv edildi

Aktual

14 Aprel 2022, 15:34

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Qanunu imzalayıb.

 

Modern.az xəbər verir ki, sənədlərə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” 2021-ci il sentyabrın 29-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

 

“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 1997-ci il 15 aprel tarixli 268-IQ nömrəli Qanunu ləğv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı