Modern.az

2 doza vaksin vurduranların sayı 5 milyona çatır

2 doza vaksin vurduranların sayı 5 milyona çatır

Aktual

14 Aprel 2022, 16:35

Azərbaycanda son sutkada koronavirus əleyhinə 7603 vaksin vurulub.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 538, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6 018, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 495 nəfərdir.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 574 804, birinci doza peyvəndlərin ümumi sayı 5 332 840, ikinci doza vaksinlərin sayı 4 834 938 təşkil edib.

 

Üç və daha çox doza vaksinlərin sayı 3 171 771, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 235 255 olub.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı