Modern.az

Hərbçilər arasında yarış keçirildi - FOTO

Hərbçilər arasında yarış keçirildi - FOTO

Aktual

14 Aprel 2022, 17:36

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Müxtəlif qoşun növlərini təmsil edən 9 komanda birincilik uğrunda mübarizə aparıb. Hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəsinə kros qaçışı üzrə yarışlarda güclərini sınayıblar.

 

Komanda hesabında 1-ci yerdə "Quru Qoşunları" komandası, 2-ci yerdə "Hərbi polis" komandası, 3-cü yerdə isə "Təlim və Tədris Mərkəzi" komandası qərarlaşıb.

 

Fərdi hesabda 1-ci yerə gizir Tural Məmmədov, 2-ci yerə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Emil Mürşüdov, 3-cü yerə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rasif Məhərrəmov layiq görülüb.

 

Yarışın yekununda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı