Modern.az

Arif Rəhimoğlu İsveçdə dəfn olundu - FOTO

Arif Rəhimoğlu İsveçdə dəfn olundu - FOTO

Aktual

14 Aprel 2022, 18:09

İsveçdə vəfat edən Azərbaycan Milli Azadlıq Hərəkatının veteranı, professor Arif Rəhimoğlu bu ölkədə dəfn olunub.

Modern.az xəbər verir ki, bu barədə mərhumun hərəkat yoldaşları sosial şəbəkədə bildiriblər.
 

Dəfn mərasimində Bakıdan getmiş Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və eks-müsavatçı deputat Arzu Səmədbəyli də iştirak edib.
 

Qeyd edək ki, Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvanda doğulub. Xalq Hərəkatı dönəmində Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.  
 
20 kitab və 250-dək elmi məqalə müəllifidir. O, 2003-cü ildə İsveçə mühacirət etmişdi. Mərhum yaşadığı Yöteburq şəhərində dünyasını dəyişib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı