Modern.az

Əhəd Abıyev səyyar qəbul keçirdi - FOTO

Əhəd Abıyev səyyar qəbul keçirdi - FOTO

Aktual

14 Aprel 2022, 20:43

Aprelin 14-də soyuq və qarlı hava şəraitində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Kəmərqaya kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

 

Modern.az xəbər verir, Əhəd Abıyev giriş nitqində Prezident cənab İlham Əliyevin və Birinci vitse- prezident hörmətli Mehriban xanım Əliyevanın Daşkəsən rayonuna daim göstərdikləri diqqət və qayğı barədə geniş məlumat verib. Həmçinin qeyd edib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla yerlərdə keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin müraciətlərini dinləmək və problemlərin qısa zamanda həllinə nail olmaqdır.

 

Son illər Kəmərqaya kəndində görülən işlərdən danışan rayon rəhbəri bildirib ki, ötən illərdə Kəmərqaya kənd F. Ələsgərov adına tam orta məktəb təmir edilib, kəndin elektrik və rabitə xətlərində əsaslı bərpa işləri aparılıb, yol infrastrukturu yaxşılaşdırılıb, ən əsası isə 2020-ci ildə kəndin qazlaşdırılması tam həyata keçirilib. Kənd sakinlərinin məşğulluğunu təmin etmək üçün bir sıra işlər görülmüş, icma əsaslı təlimlər keçirilib. Eyni zamanda Kəmərqaya kəndinin turizm potensialı və kəndə istirahət üçün gələn yerli turistlərin ildən-ilə artan sayı nəzərə alınaraq bu məqsədlə pilot layihə çərçivəsində kənddə sakinlərə məxsus 10 ev seçilmiş və həmin evlər təmir edilərək turistlərin istifadəsinə verilib.

 

Sonra sakinlərin müraciətləri dinlənilib. Vətəndaşlar müraciətlərində kəndə gələn avtomobil yolunun asfaltlanmasını, yeni su xəttinin çəkilməsini, işlə təmin olunma və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

 

Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılmış müraciətlərin icrasına dair aidiyyəti idarə, müəssisə və təşkilatlara tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerində həll edilib, araşdırlması üçün bir qismi nəzarətə götürülüb.

 

Sakinlər görülən işlərə, yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Növbəti səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

 

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev giriş nitqində demişdir: ”Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair IV Dövlət Proqramı uğurla icra olunur, bir-birindən uğurlu layihələr həyata keçirilir. Pandemiyadan müvəffəqiyyətlə çıxmış, torpaqlarını erməni işğalçılarından azad edərək böyük zəfər qazanmış ölkəmizi qarşıda daha böyük işlər, yerinə yetiriləsi vəzifələr gözləyir. Azərbaycan xalqı əmindir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün hədəflərə ən tez vaxtda və ən qısa müddətdə çatacaqdır”.

 

Əhəd Abıyev çıxışında ötən illərdə Qabaqtəpə kəndində görülən işlərdən də danışıb. O qeyd edib ki, Qabaqtəpə kəndi ərazisində tikilmiş hər birinin ümumi uzunluğu 28.4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi 8 m olan müasir tipli 2 ədəd körpü 2015-ci ilin 24 dekabrında – möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ad günündə sakinlərin istifadəsinə verilib. Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun əsaslı surətdə yenidənqurma işləri başa çatdırılıb. Hazırda isə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri davam etdirilir. Güneykənd kəndində 56 şagird yerlik modul tipli yeni məktəb binası tikilərək istifadəyə verilib. 96 şagird yerlik modul tipli Qabaqtəpə kənd tam orta məktəbinin tikintisi işləri başa çatmaq üzrədir. Qabaqtəpə kənd xəstəxanası təmir edilib. Qabaqtəpə kənd inzibati ərazi vahidinin elektrik enerjisi, rabitə və içməli su təminatı yaxşılaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlər davam etdirilib. Qabaqtəpə boz dağ arı ailəsinin inkişafı məqsədi ilə pilot layihə çərçivəsində 15 ailəyə 75 arı ailəsi verilib. Turizmlə bağlı bir sıra təlimlər keçirilib.

 

Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirib, həmçinin onları narahat edən problemlərə toxunublar. Müraciətlər kəndə təbii qaz xəttinin çəkilməsi, nasaz elektrik dirəklərinin dəyişdirilməsi, su keçidinin təmiri, işlə təmin olunma və şəxsi problemlərdən ibarət olub.

 

Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müraciətlərin həll olunması üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də nəzarətə götürülüb. 

 

Qabaqtəpə kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı