Modern.az

“Qarabağ” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a qarşı

“Qarabağ” “Şamaxı”ya, “Qəbələ” “Sumqayıt”a qarşı

Aktual

15 Aprel 2022, 08:55

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.

 

Modern.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.

 

Günün ilk matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək.

 

Hazırda meydan sahibləri 34 xalla 4-cü, bir oyun az keçirən "gənclik şəhəri" təmsilçisi 14 xalla 7-ci pillədə yer alıb. "Qəbələ" qalib gəlsə, ən azı bir gün müddətinə 3-cü pilləyə yüksələcək. Əks halda, "qırmızı-qaralar" 5-ci yerə enmə təhlükəsi ilə üzləşə bilər.

 

Komandalar indiyək çempionatda 38 dəfə üz-üzə gəliblər. Əvvəlki matçların 22-də "qırmızı-qaralar", 5-də qonaqlar qələbə qazanıb. Topların nisbətində də "Qəbələ"nin üstünlüyü var - 62:28. Meydan sahibləri Premyer Liqadakı son 3 görüşdə rəqibinə uduzmayıb. Tərəflər arasındakı son iki görüşdə 3 və ya daha çox qol qeydə alınıb.

 

Günün ikinci qarşılaşmasında 52 xalla lider olan "Qarabağ" 20 xalla 6-cı sıradakı "Şamaxı" ilə üz-üzə gələcək. Oyunun nəticəsi komandaların mövqeyinə təsir etməyəcək.

 

Bu, komandaların çempionatdakı yubiley - 70-ci matçı olacaq. 32 dəfə "köhlən atlar", 13 dəfə qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində ağdamlılar üstündür - 87:43.

 

Meydan sahibləri Premyer Liqadakı son 14 oyunda rəqibinə uduzmayıb. "Şamaxı" isə son 3 səfər görüşündə xal qazana bilməyib.

 

Azərbaycan Premyer Liqası, XXIII tur

 

15 aprel (cümə)

 

17:00. “Qəbələ” – “Sumqayıt

 

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

 

19:30. “Qarabağ” – “Şamaxı"

 

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Seymur Səlimli

“Azersun Arena”

 

Qeyd edək ki, tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı