Aprelin 14-də saat 22 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində rayon sakini Ə.Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Elnur Quliyevi vurub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Rəsmi məlumata görə, Ağcabədi RPŞ-də araşdırma aparılır.