Modern.az

Hemofiliyalı xəstələrin sayı AÇIQLANIB

Hemofiliyalı xəstələrin sayı AÇIQLANIB

Aktual

15 Aprel 2022, 11:43

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, hemofiliya A hər 10 min nəfər kişi cinsinin 1 nəfərində, hemofiliya B isə hər 50 min nəfər kişi cinsinin 1 nəfərində təsadüf edilir. Hesablamalara görə, yer kürəsində təxminən 400 minə yaxın insan hemofiliyanın ağır dərəcəsi ilə xəstədir.

Modern.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elmira Qədimova Ümumdünya Hemofiliya Günü ilə bağlı açıqlamasında bildirib.

E.Qədirova deyib ki, hazırda ölkəmizdə 1747 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var:

“Xəstələrin respublika ərazisində yayılma tezliyin Bakı, Sumqayıt şəhərlərində və Mərkəzi Aran regionunda nisbətən daha çoxdur.

Bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev şəraitində müalicə olunur, həmçinin stasionar və ambulator şəraitdə müalicə alırlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı