“Optimist Sosial Problemlərin həllinə Yardım” İctimai Birliyi “Şəhid ailələri və müharibə iştirakçıları arasında kiçik sahibkarlığın təşviqi” ilə bağlı layihəyə başlayıb.
Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə 1 fevral 2022-ci il tarixindən etibarən 4 ay müddətində davam edəcək. Layihəyə Bakı şəhərində yaşayan 50 şəhid ailəsinin üzvləri və müharibə iştirakçıları cəlb edilib. Məqsədi sahibkarlıq fəaliyyətinə aid ən zəruri biliklərin öyrədilməsi, şəhid ailə üzvləri və qazilərə dövlət tərəfindən verilən dəstəklərin effektiv istifadəsidir. Bir çox qurumlar həmion təbəqədən olanlara qrant, ianə və imtiyazlı kredit dəstəklərini təqdim edirlər. Bu paketlərdən doğru yararlanmaq üçün aşağıdakı mövzularda təlimlər keçirilir:
- Biznes Planın hazırlanması
- İşgüzar etiket
- Maliyyə savadlılığının artırılması
- Şəxsi brendinq
- Təqdim etmə (prezentasiya)
- Effektiv danışıqların aparılması
- Zamanın idarə edilməsi
Layihə çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya məşğul olmaq istəyən 50 nəfər seçilərək təlimlərə cəlb edilib. Tədrisin effeketivliyi üçün iştirakçılara 3 qrupa bölünərək müxtəlif uyğunlaşdırılmış saatlar təqdim edilib. Təlimlər Etika Akademiyası mütəxəsisləri tərəfindən icra edilir.