Modern.az

Azərbaycan Qran-prisi üçün tikinti-quraşdırma işlərinə başlanıldı

Azərbaycan Qran-prisi üçün tikinti-quraşdırma işlərinə başlanıldı

Aktual

15 Aprel 2022, 12:14

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə başlayıb.

 

BŞH-dən Modern.az-a verilən məlumata görə, yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsziliyini təmin etməkdən ötrü istifadə olunan beton bloklarların quraşdırılması gecə saatlarında həyata keçirilir. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.

 

Ötən ildən fərqli olaraq, builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.

 

Həmçinin bu gündən Paddok ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilir.

 

"Şəhərin qeyd olunan hissələrində görüləcək işləri nəzərə alaraq vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunur. BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.", - deyə açıqlamada bildirilir.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı