Modern.az

İranla sərhəddə əməliyyat, 4 nəfər hadisə yerindən qaçdı

İranla sərhəddə əməliyyat, 4 nəfər hadisə yerindən qaçdı

Aktual

15 Aprel 2022, 13:06

Aprelin 13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən külli miqdarda tütün məmulatlarının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısı alınıb.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması haqqında daxil olmuş siqnal əsasında sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, əraziyə hərəkət edən sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib. Sərhəd naryadının “Dayan” əmrinə baxmayaraq, sərhəd pozu­cu­ları əllərin­dəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən istifadə edib geriyə qaç­ıblar.

 

Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 7 ədəd bağlamaya baxış keçirilərkən 8 380 qutu (4330 qutu “Marlboro” və 4050 qutu “KENT” markalı) siqaretləri aşkar olunaraq götürülüb.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı