Modern.az

İranda daha 33 nəfər COVID-19-dan öldü

İranda daha 33 nəfər COVID-19-dan öldü

Aktual

15 Aprel 2022, 13:44

İranda ötən sutka ərzində 33 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

 

Qonşu ölkədə koronavirusdan ölənlərin sayı 140 777 nəfərə yüksəlib.

 

İranda son 24 saat ərzində 1 994 nəfər koronavirusa yoluxub. Beləliklə, COVID-19-a yoluxanların sayı 7 204 049 nəfərə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?