Modern.az

Naftalanda yeni terminallar istifadəyə verildi

Naftalanda yeni terminallar istifadəyə verildi

Aktual

15 Aprel 2022, 15:04

İstifadəçilərinə yüksək keyfiyyət standartlarına uyğun, təhlükəsiz xidmət göstərən MilliÖN ödəniş sistemindən Naftalan şəhər sakinlərinə və şəhərə gələn turistlərə əlçatanlığın təmin olunması məqsədi ilə şəhər ərazisində daha iki ödəniş terminalları istifadəyə verilib.

 

Modern.az xəbər verir ki, yeni quraşdırımış terminallar şəhərin İsa Məmmədov məhəlləsinin sakinlərinə və həmçinin sağlamlıq mərkəzlərində müalicə və istirahət edən turistlərə ödəniş prosesini daha da əlçatan edəcək.

 

Məlumat üçün bildiririk ki, digər terminallar kimi Naftalan şəhərindəki yeni ödəniş terminalları ilə də istifadəçilər rahat və etibarlı yolla Kommunal, Bank, Sığorta xidmətləri, Dövlət ödənişləri, İnternet, Kabel televiziyası və digər 300-ə yaxın ödənişi həyata keçirə biləcəklər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı