Modern.az

Büdcədən ən çox bu sahələrə pul XƏRCLƏNİB

Büdcədən ən çox bu sahələrə pul XƏRCLƏNİB

Aktual

15 Aprel 2022, 15:24

2022-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 7009,6 milyon manat, xərcləri 5629,5 milyon manat təşkil edib.

 

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, büdcənin icrasında 1380,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 4,6 faizi qədər profisit yaranıb.

 

Qeyd edilib ki, büdcə vəsaitlərinin 20,4 faizi sosial müdafiə və sosial təminatın, 17,4 faizi təhsil və səhiyyənin, 15,3 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 14,1 faizi ümumi dövlət xidmətlərinin, 9,8 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 23,0 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı