Modern.az

Təyyarə, avtobus, metro - Sərnişin daşınması artıb

Təyyarə, avtobus, metro - Sərnişin daşınması artıb

Aktual

15 Aprel 2022, 16:10

2022-ci ilin yanvar-mart aylarında nəqliyyatçılar 345,1 milyon sərnişinə xidmət göstərivblər.

 

Modern.az xəbər verir ki, sərnişinlərin 86,4 faizi avtomobil nəqliyyatı, 13,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

 

Hesabat dövründə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 27,5 milyon ton yük, 298,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,9 faiz və 18,0 faiz artım qeydə alınıb.

 

Sərnişinlərin 95,0 faizi avtobus, 5,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 9,5 faiz, sərnişin dövriyyəsi isə 19,0 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 45,6 milyon nəfər olub.

 

Hava nəqliyyatı ilə 364,4 min və ya 3,0 dəfə çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı