Modern.az

Yoluxanların bugünkü sayı - Ölən yoxdur

Yoluxanların bugünkü sayı - Ölən yoxdur

Aktual

15 Aprel 2022, 16:34

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 792 335 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 467 nəfər müalicə olunaraq sağalıb, 9705 nəfər vəfat edib. Aktiv xəstə sayı 163 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3613, bu günə qədər isə ümumilikdə 6 762 824 test icra olunub.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı