Modern.az

Ukraynanı 4,8 milyon nəfər tərk edib

Ukraynanı 4,8 milyon nəfər tərk edib

Aktual

15 Aprel 2022, 17:50

Ukraynada hərbi əməliyyatların başladığı fevralın 24-dən aprelin 14-dək ölkəni 4,8 milyona yaxın qaçqın tərk edib.

 

Modern.az-ın məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib.

 

Qeyd olunub ki, son sutka ərzində 56 421 nəfər Ukraynadan gedib.

 

Bu günədək Polşaya 2,7 milyondan çox, Rumıniyaya 726 857, Macarıstana isə 447 053 ukraynalı gedib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı