Modern.az

Ukrayna sahillərində 20-dən çox türk gəmisi qalıb

Ukrayna sahillərində 20-dən çox türk gəmisi qalıb

Aktual

15 Aprel 2022, 20:45

Qara dənizin Ukrayna sahillərində 22 türk gəmisi və 90 dənizçi bloklanmış vəziyyətdə qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

 

Onun sözlərinə görə, Türkiyəyə məxsus gəmilərin bir hissəsi türk bayrağı, digər hissəsi başqa ölkələrin bayraqları altında üzür.

 

Nazir deyib ki, əvvəlcə orada təxminən 200 türk dənizçisi qalmışdı və sonradan onların bir hissəsi təxliyə edilib. Doxsan dənizçi öz istəklərinə əsasən gəmilərdə qalıb.

 

Adil Karaismailoğlu qeyd edib ki, indiki vəziyyətdə Türkiyədən Rusiyaya dənizlə mal daşımaq çətinləşib. Buna görə də Ankara yükləri Gürcüstan üzərindən quru yolu ilə çatdırmağı aktivləşdirməyə çalışır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı