Modern.az

Qarabağ erməniləri üçün qazı bahalaşdırdılar - Narazılıq yarandı

Qarabağ erməniləri üçün qazı bahalaşdırdılar - Narazılıq yarandı

Aktual

16 Aprel 2022, 09:40

Qarabağda yaşayan mülki erməni sakinlərə verilən qazın qiyməti artırılıb.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Xankəndidəki separatçıların qondarma qurumu abonentlər üçün yeni tariflər müəyyən edildiyini bildirib.

 

Qeyd edilib ki, qaz tarifləri 3,9% artırılıb.

 

Ayda 10000 kubmetrədək istehlak edən abonentlər üçün tarif 1 kubmetr üçün 143,7 dram təşkil edəcək. Əhalinin bu qrupu üçün qiymətlər 3,4% artacaq.
10000 kubmetrdən çox istehlak edən abonentlər üçün 1000 kubmetrə görə tarif dram ifadəsində 265,81 dollar olacaq və 3,9% artacaq.

 

Bu, mülki ermənilər arasında narazılıqla qarşılanıb.

Qeyd edək ki, Qarabağ ermənilərinə mavi yanacaq Ermənistandan gəlir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı