Modern.az

"WhatsApp"dan daha bir YENİLİK

Aktual

16 Aprel 2022, 09:30

“WhatsApp” mesencerində daha bir yenilik edilir.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, tərtibatçılar oxşar maraqları olan qrupları bir araya gətirərək icmalar yaratmaq barədə planlarını açıqlayıblar.

 

Bundan sonra “WhatsApp” icması bir növ qruplar toplusu olacaq. İstifadəçilər icmalar yarada, icma adminləri isə icma daxilindəki qrupları idarə edə və bütün qruplara mesaj göndərə biləcəklər. İcmalar çarpaz şifrələməni dəstəkləyəcək.

 

Tərtibatçılar icma qruplarında dezinformasiyanın yayılmasını azaltmaq üçün mesajların təkrar paylaşımını məhdudlaşdıracaqlar.

 

Yeni funksiya bu həftə ərzində az sayda istifadəçi üçün əlçatan olacaq. Sınaqlardan sonra “WhatsApp” icmaları geniş istifadəçi kütləsinin ixtiyarına veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı