Modern.az

500 manata görə 3 nəfər tərəfindən DÖYÜLDÜ

500 manata görə 3 nəfər tərəfindən DÖYÜLDÜ

Aktual

16 Aprel 2022, 10:45

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsi ərazisində 3 nəfərin xuliqanlıq zəminində qəsəbə sakini R.Süleymanovu döymələri barədə müraciət daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Muradov, Hafiz Mustafayev və Lerik rayon sakini Mahir Əhmədov müəyyən edilərək saxlanılıblar.  


Araşdırmalarla həmin şəxslərin R.Süleymanovu  döyərək 500 manat pulunu almaları da müəyyən edilib.

 
E.Muradov şübhəli şəxs qismində tutulub.


Rəsmi məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı