Modern.az

Oğurluq, hədə - Axtarışda olan şəxsin CİNAYƏTLƏRİ

Oğurluq, hədə - Axtarışda olan şəxsin CİNAYƏTLƏRİ

Aktual

16 Aprel 2022, 10:54

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə Z.Əliyeva küçəsindəki mağazalardan birinin kassasından 2300 manat pulun oğurlanması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Məmmədzadə saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülüb.


Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması, həmçinin Bakı şəhər sakinləri olan iki qadına qarşı dələduzluq edərək birinin 500, digərinin isə  980 manat pullarını alması da müəyyən edilib.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...