Modern.az

Kürdə küp qəbirlər tapıldı - FOTO

Kürdə küp qəbirlər tapıldı - FOTO

Aktual

16 Aprel 2022, 11:03

Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Modern.az-a verilən məlumata görə yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunub.

 

Hazırda araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı