Modern.az

Gürcüstanın mədəniyyət xadimləri Şuşada 

Gürcüstanın mədəniyyət xadimləri Şuşada 

Aktual

16 Aprel 2022, 11:35

Aprelin 16-da Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət 21 nəfərlik nümayəndə heyəti Şuşaya səfər edib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə ölkəmizə səfər edən qonaqlar ötən gün Cəbrayıl və Füzuli rayonu ərazisində minaların təmizlənməsi prosesini izləyiblər.

 

Qonaqlar daha sonra Şuşa şəhərinə yollanıblar. Şuşaya gələn səfər iştirakçılarından biri gürcüstanlı opera müğənnisi Jakeli Lamze Şuşa qalasının qarşısında sözləri Aslan Abdullayevə, musiqisi Elza İbrahimovaya məxsus “Ey Vətən” mahnısını səsləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı