Modern.az

Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya Ukraynanın itkilərini açıqladı

Aktual

16 Aprel 2022, 13:38

Rusiyanın hava hücumundan müdafiə bölmələri Ukraynaya məxsus Su-25 təyyarəsini vurub.

Modern.az xəbər verir ki, bu barədə şənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

İ. Konaşenkov deyib ki, Rusiyanın raket qüvvələri və artilleriyası son sutkada Ukrayna qoşunlarının 43 komanda məntəqəsini, hərbi texnika üçün yanacaq daşıyan 8 konvoyu davurub.

"Əməliyyat-taktiki aviasiya gecə ərzində şəxsi heyətin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 67 ərazini məhv edib", - Konaşenkov əlavə edib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 133 təyyarə, 458 pilotsuz uçuş aparatı, 246 zenit-raket kompleksi, 2246 tank və digər zirehli döyüş texnikası, 252 reaktiv yaylım atəşi sistemi, 981 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2146 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib”, - Konaşenkov bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı