Modern.az

Kəlbəcərdə "Tunel qırğını" şəhidləri anılıb

Kəlbəcərdə

Aktual

16 Aprel 2022, 13:59

Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər-Laçın tunelində qətlə yetirilən soydaşlarımızın xatirəsi hadisə yerində anılıb.

 

Modern.az xəbər verir ki, bu məqsədlə hadisə şahidlərinin, öldürülən şəxslərin yaxınlarının Kəlbəcər rayonuna səfəri təşkil olunub.

 

Faciə zamanı sağ qalan şəxslər qətliam törədilən əraziyə gül dəstələri düzüb.

 

Qeyd edək ki, Kəlbəcər-Laçın tunelində qırğın Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolunu ələ keçirmək, Kəlbəcəri mühasirədə saxlamaq məqsədilə törədilib. Qadın, yaşlı, uşaq da daxil olmaqla ümumilikdə 52 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı