Modern.az

Yaxın günlərin hava PROQNOZU

Yaxın günlərin hava PROQNOZU

Aktual

16 Aprel 2022, 14:15

Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunur. Havanın temperaturu iqlim normasından 2.0° yüksəkdir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında, bölgələrdə hava şəraitinin sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin 17-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 15-20° isti, bəzi rayonlarda 20-25° isti, dağlarda isə 8-13° isti olacaq.

 

Mülayim cənub küləyi aprelin 18-19-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı