Modern.az

Ordumuz məşğələlər keçirib

Ordumuz məşğələlər keçirib

Aktual

16 Aprel 2022, 14:26

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində ixtisas hazırlığı üzrə məşğələlər keçirilib.

 

Bu barədə Müdafiə Nazirliyindən (MN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə açılması, yaranmış mürəkkəb şəraitdə vahid rabitə sisteminin təşkil edilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq məşq etdirilib.

 

Rabitəçilər idarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil rabitə qovşaqlarından qərargahlararası yüksək keyfiyyətli səs və məlumat mübadiləsini bacarıqla yerinə yetiriblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı