Modern.az

Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verildi

Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verildi

Aktual

16 Aprel 2022, 14:40

Azərbaycanın üçqat dünya və üçqat Avropa çempionu olan sərbəst güləşçisi Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib.

 

Modern.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu barədə müvafiq əmr imzalayıb.

 

Bundan əlavə, DSX rəisinin digər əmri ilə Firdovsi Umudova polkovnik rütbəsi verilib.

 

Qeyd edək ki, Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc, Tokio-2020 olimpiadasının gümüş mükafatçısıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı