Bakı şəhər sakini olan Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, o, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib:
"Vətəndaşın üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib. Cəmil Quliyev barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib".
Məlumat üçün bildirək ki, Cəmil Quliyev blogerdir.