Modern.az

Komitə sədri şəhid ailələri və qaziləri dinlədi

Komitə sədri şəhid ailələri və qaziləri dinlədi

Aktual

16 Aprel 2022, 15:12

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Saatlıda şəhid ailələri və qazilərlə növbəti görüş keçirib. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının qərargahında keçirilən görüşdə iştirak edən sakinlər  Əhliman Əmiraslanovun həmişə onların dərdinə şərik olduğunu, mütəmadi olaraq görüşlər keçirərək onları narahat edən məsələlərin həllində  yaxından köməklik göstərdiyini bildiriblər. 

Görüş iştirakçıları çoxsaylı ağır xəstələrin cərrahi əməliyyatlarının icra edilməsinə, seçicilərin müayinə və müalicəsinin təşkilinə göstərdiyi xidmətlərinə görə akademik Ə.Əmiraslanova minnətdar olduqlarını bildiriblər.

Əhliman Əmiraslanov şəhid ailələrini, qaziləri narahat edən problemlərin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib və bildirib ki, bu istiqamətdə işlər ardıcıl olaraq  aparılacaq.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev də iştirak edibə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı