Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, günün ilk matçında "Zirə" klubu "Səbail"i qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Sabah"ı qəbul edəcək. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.