Modern.az

İngiltərə kuboku: “Liverpul” finala yüksəldi

İngiltərə kuboku: “Liverpul” finala yüksəldi

Aktual

16 Aprel 2022, 21:32

Futbol üzrə İngiltərə Kubokunda ilk finalçı məlum olub.

 

Modern.az xəbər verir ki, "Liverpul" yarımfinalda "Mançester Siti" ilə üz-üzə gəlib.

 

"Uembli" stadionunda baş tutan qarşılaşma Mersisayd təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Belə ki, "Liverpul"un qollarını 9-cu dəqiqədə İbrahima Konate, 17-ci və 45-ci dəqiqədə Sadio Mane vurub. "Şəhərlilər"də 47-ci dəqiqədə Cek Qriliş, 90+1-ci dəqiqədə Bernardu Silva fərqlənib.

 

Qeyd edək ki, digər yarımfinal oyunu aprelin 17-də olacaq. "Çelsi" "Kristal Pelas"la görüşəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı