Modern.az

Zelenskiyə həsr olunmuş sikkə buraxıldı

Zelenskiyə həsr olunmuş sikkə buraxıldı

Aktual

17 Aprel 2022, 12:04

Ağ Ev Ukrayna Prezidenti Volodimir Zelenskinin 16 mart 2022-ci ildə ABŞ Konqresinə tarixi müraciətinə həsr olunmuş xatirə sikkəsini təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin hədiyyə mağazasının saytında məlumat yer alıb.

 

Bildirilib ki, “Tarixi anlar” seriyası çərçivəsində prezidentlər Volodimir Zelenski və Co Baydenin təsviri, habelə Zelenskinin Konqresdə çıxışı anının əks olunduğu sikkə buraxılıb.

 

Sikkədə Ukrayna Prezidentinin çıxışından sitat öz əksini tapıb: “Dünya lideri dünyanın lideridir”.

 

Qeyd edək ki, sikkənin dəyəri 100 dollardır. Satışdan əldə edilən gəlir tamamilə Ukrayna xalqına humanitar yardım üçün yönəldiləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı