Modern.az

Kiyevə raket zərbələri endirildi

Kiyevə raket zərbələri endirildi

Aktual

17 Aprel 2022, 12:33

Bu gün səhər saatlarında Kiyev vilayətinin Brovarı şəhəri Rusiya ordusunun raket hücumuna məruz qalıb. Nəticədə bir neçə infrastruktur obyektinə ziyan dəyib.

 

Modern.az xəbər verir ki, bu barədə Brovarı şəhərinin meri İqor Sapojko feysbuk səhifəsində məlumat yayıb.

 

Əhalini təmkinli olmağa çağıran mer bildirib ki, raket zərbələri nəticəsində şəhərin elektrik enerjisi və su təminatında problemlər yarana bilər. Hazırda bütün xidmətlər gücləndirilmiş rejimdə işləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı