Modern.az

Hacı olan azərbaycanlıların sayı nə qədərdir? - RƏSMİ

Hacı olan azərbaycanlıların sayı nə qədərdir? - RƏSMİ

Aktual

27 May 2026, 10:10

2026-cı ildə Həcc ziyarəti üçün Məkkəyə gedən azərbaycanlı zəvvarların sayı 1150 nəfərdir.

Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra verdiyi açıqlamada isə azərbaycanlı zəvvarların artıq Mina və Ərəfat dağlarını ziyarət etdiyini, hacı adını aldıqlarını bildirib.

"Bu gün hacılar qurbanlarını kəsəcəklər", o bildirib.

Xatırladaq ki, 2026-cı il Həcc ziyarəti üçün bir nəfərlik paketin qiyməti 6100 ABŞ dolları, yəni təxminən 10 388 manat müəyyən edilib. Paketə uçuş, yerləşmə, nəqliyyat və ziyarət xidmətləri daxil olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR