Modern.az

Paşinyandan Azərbaycan MESAJI

Paşinyandan Azərbaycan MESAJI

Aktual

1 İyun 2026, 14:45

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasının ölkəsi üçün yeni imkanlar açacağını bəyan edib.

Modern.az xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabından paylaşdığı videomüraciətdə hökumətin xarici siyasət kursunu qiymətləndirib. O bu iki qonşu dövlətlə əlaqələrin olmamasını Ermənistanın xarici siyasətində ciddi "balanssızlıq" mühiti formalaşdırdığını açıqlayıb. 

Baş nazir müraciətində bu fikirləri qeyd edib:

"Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması hədəfinə çatacağımıza əminəm. Bu, balanslı və tarazlaşdırıcı xarici siyasətin tam formalaşması, eləcə də Ermənistanın keyfiyyətcə yeni bir dövlətə çevrilməsi üçün yeni imkanların yaranması deməkdir".

Paşinyan, Ermənistanın həm Türkiyə, həm Azərbaycan, həm də digər bütün dövlətlərlə normal əlaqələr qurmasının vacibliyini ifadə edib.

Töhfə Səməd

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR