Ermənistanın keçmiş təhsil və elm naziri Armen Aşotyan, eks-maliyyə naziri Qaqik Xaçatryan, onun oğlu Artyom Xaçatryan, sabiq müdafiə naziri Vigen Sarkisyan, Valeri Brusov adına Dövlət Universitetinin keçmiş rektoru Qayane Qasparyan və keçmiş prorektor Artur Avaqyan, eləcə də İrəvan Ticarət Mərkəzinin keçmiş direktor müavini Harutyun Tadevosyanın vəzifə səlahiyyətlərindən sui-istifadə və 200 milyon dramdan çox məbləğdə çirkli pulların yuyulması ittihamları ilə həbs olunması barədə qərar qəbul edilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının İstintaq Komitəsi məlumat yayıb.
Yuxarıda adı çəkilən şəxslərə qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, onlara kömək və təhrik etmə, eləcə də bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda pulların yuyulması ittihamları ilə cinayət işi başlanıb.
İstintaq Komitəsinin açıqlamasında bildirilir ki, hələ də azadlıqda olan təqsirləndirilən şəxslərin saxlanılması və məhkəməyə verilməsi barədə qərar qəbul edilib.