Modern.az

Macarıstan erməni və gürcü vətəndaşlarını rədd edir

Macarıstan erməni və gürcü vətəndaşlarını rədd edir

Aktual

Bu gün, 16:00

Macarıstan hökuməti bu gündən etibarən Ermənistan, Gürcüstan və Filippin vətəndaşlarına iş vizalarının verilməsini dayandırır.

Modern.az xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Vanda Sondi açıqlama verib.

Onun sözlərinə görə, qərar xarici işçilərin yerli əmək bazarına təsiri ilə bağlı narahatlıqlar fonunda qəbul olunub.

“Hökumət hesab edir ki, xarici işçi qüvvəsinin artımı yerli işçilərin əməkhaqqı artımını ləngidə bilər”, – deyə Sondi bildirib.

O qeyd edib ki, bu addım ölkəyə xarici işçi axınının tənzimlənməsi istiqamətində ilk mərhələ hesab olunur.

Bununla belə, hazırda Macarıstanda olan xarici işçilər icazələrinin uzadılması üçün müraciət edə biləcəklər. Daha əvvəl təqdim olunmuş müraciətlər isə müəyyən olunmuş qaydada nəzərdən keçiriləcək.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlıların olduğu gəmiləri kim vurdu? - Ölənlər sayı açıqlandı