Modern.az

İran: Rusiya üçün Hörmüzdə xüsusi rejim var

İran: Rusiya üçün Hörmüzdə xüsusi rejim var

Aktual

5 İyun 2026, 17:03

İran Rusiyaya münasibətdə Hörmüz boğazından keçidlə bağlı xüsusi yanaşmanın tətbiq olunduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

“Şübhəsiz ki, dost ölkələr üçün gəmilərin Hörmüz boğazından keçidi ilə bağlı xüsusi rejim tətbiq edirik. Bununla belə, yekun qərarı hökumətimiz qəbul edəcək və bunu açıqlayacaq”, – deyə səfir vurğulayıb.

Cəlali qeyd edib ki, məsələ ilə bağlı yekun qərar İran hökuməti tərəfindən veriləcək.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...