Modern.az

Asfaltı əridən istilər - FOTO

Asfaltı əridən istilər - FOTO

Aktual

29 İyun 2026, 11:46

Almaniyada müşahidə olunan rekord isti hava nəqliyyatın fəaliyyətinə ciddi təsir göstərib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Leypsiq şəhərində ekstremal temperatur nəticəsində asfalt və bitum yumşalıb, tramvay relslərinə yayılıb. Bu səbəbdən relslərdə hərəkət təhlükəli hesab edildiyindən şəhərin bütün tramvay şəbəkəsinin fəaliyyəti müvəqqəti dayandırılıb. Səlahiyyətlilər sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə bu addımı atdıqlarını bildiriblər.

Mütəxəssislər yüksək temperaturun infrastruktur üçün ciddi risk yaratdığını və istilərin davam edəcəyi təqdirdə oxşar problemlərin digər şəhərlərdə də yaşana biləcəyini istisna etmirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!